İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilir

12:48 03.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub.

 

Hafta.az-ın məlumatına görə, məsələ bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasının gündəliyinə daxil edilib.

 

Məlumata görə, Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilib. Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə olunub.

 

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir. O daha əvvəl "ASAN Xidmət"ə rəhbərlik edib.

Siyasət rubrikasından digər xəbərlər